Cümə , 26 Aprel 2024
Drone Cameras

Ermənilər təşvişdə: Azərbaycan ordusu hər an hücuma keçə bilər

Azərbaycan danışıqlar prosesində iştirak etməklə Ermənistana şans verir.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün istənilən variantdan istifadə etmək hüququna malikdir:

“Azərbaycan danışıqlar prosesində iştirak etsə də, etməsə də, haqlıdır. Çünki ortada Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi durur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qəbul etmir və onun silahlı qüvvələri hələ də Azərbaycan ərazisindədir. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hər an hərəkətə keçə bilər. Bu, ölkəmizin beynəlxalq təşkilatlardakı üzvlüyündən və suveren hüquqlarından irəli gəlir. Bunu bütün dünya qəbul edir, Ermənistan isə kifayət qədər açıq dərk edir. Əslində, Azərbaycan danışıqlarda iştirak etməklə Ermənistana böyük itkilərdən qurtulmaq, ağır zərbələrdən xilas olmaq şansı verir. Sonuncu görüşdə tərəflər xarici işlər nazirliyinə müvafiq tapşırıqlar veriblər və Minsk Qrupu həmsədrləri bu yaxınlarda onlarla görüşəcək. Bu gün problemin həll edilməsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistanın yürütdüyü siyasət nəticəsində əhalisindən məhrum olmağı və beləliklə də dövlətçiliyinə son qoyulmasını gözə alır. Danışıqlar prosesinin bundan sonra davam edib-etməməsi isə artıq bir neçə faktordan asılı olacaq. Azərbaycan gələcəkdə vəziyyətdən asılı olaraq növbəti addımlarını müəyyən edəcək”.

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir