Sabah növbədənkənar prezident seçkilərini 14 siyasi partiyanın 50 mindən çox müşahidəçisi izləyəcək.
Boyukmillet.com-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, siyasi partiyaların seçkilərdə iştirakı həmişə bütün dünyada maraq doğurur: “Sabahkı seçkilərdə 7 namizəddən 5-i siyasi partiyanı təmsil edir. 14 siyasi partiya isə namizədi olmasa da, müşahidəçi kimi tərəfdarlarını prosesə cəlb edib. Biz isə müşahidəçi olmaq istəyən heç kimə yox cavabı verməmişik. 90 mindən çox müşahidəçinin 50 mindən çoxu siyasi partiyanı təmsil edir”.