Bazar , 26 May 2024
Drone Cameras

Sabahdan ali təhsil müəssisələrinə onlayn sənəd qəbulu başlanır

Sabahdan ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlanır.

Dövlət İmtahan Mərkəzindən Boyukmillet.com bildirilib ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Check Also

Xətaidə obyektlər və evlər qanunsuz sökülür– Sahibkarlar etiraz edir

Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən ticarət obyektləri və fərdi yaşayış evləri sökülür. Boyukmillet.com xəbər …