Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Sabahdan iyunun 12-dək fasilələrlə yağış yağacaq, dolu düşəcək

İyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Check Also

Bu gündən yağıntı kəsiləcək, temperatur yüksələcək

Ölkə ərazisində müşahidə olunan yağıntı fevralın 11-i axşamdan tədricən kəsiləcək. Boyukmillet.com xəbər verir ki, bu …