Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-12° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 2-7° şaxta olacaq.

Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Check Also

Sabah havanın temperaturu 21 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …