Bazar , 19 Yanvar 2025
Drone Cameras

Sabiq deputatın rəhbərlik etdiyi institut yenidən təşkil olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə yenidən təşkil ediləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda bildirilib.

Qeyd edək ki, fərmanla “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılır.

Xatırladaq ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru sabiq deputat Aytən Mustafazadədir. Onun yeni yaradılan qurumda vəzifə tutub-tutmayacağı hələ məlum deyil.

Check Also

Azərbaycanlı şagird ABŞ-də keçirilən beynəlxalq olimpiadada dünya birincisi olub

Azərbaycanlı 5-ci sinif şagirdi Ziya Novruzsoy ABŞ-nin Texas ştatında Rays Universitetində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında …