Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Sabir Rüstəmxanlı: Məni bu münaqişəyə qatmayın!

Neftçala rayonunda mənim bir nəfərə guya xüsusi himayədarlıq göstərərək, onun qeyri-qanuni şəkildə 100 ha torpaq sahəsi götürməsinə kömək etməyim barədə sosial mediada əsası olmayan bir xəbər gördüm. Neftçala camaatına və bütün oxuculara bildirirəm ki, bu məlumat ağ yalandır.

Boyukmillet.com xəbər verir ki, bu barədə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı paylaşımında bildirib.

“Seçicilərimdən aldığım müraciətlərə, şikayətlərə baxmaq mənim borcumdur və imkan daxilində onların problemlərinin ədalətlə həll olunmasına çalışıram. Amma heç kimə xüsusi himayədarlıq etmirəm. Heftçalada bir kvadratmetr torpağım və ya hər hansı kommersiya marağım yoxdur. Bu barədə düşünmürəm də! Millət vəkili seçilərkən neftçalalılara verdiyim vədlər vardı, onları yerinə yetirirəm. Xahiş edirəm, məni rayondakı münaqişələrə qatmasınlar”, – millət vəkili bildirib.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …