Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsi elan edildi

Xalq şairi Sabir Rüstəmxanlının 75 illiyinə həsr olunmuş “Sabir Rüstəmxanlı üçün yaz” adlı yazı müsabiqəsi elan edilib.

“Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə keçirilən müsabiqəyə #rüstəmxanlıüçünyaz, #sabirrüstəmxanlı75 həştəqlərindən istifadə edərək sosial şəbəkələrdə (“Facebook”, “Twitter”, “İnstagram”) paylaşım etməklə və ya məqalə qələmə almaqla qatılmaq mümkündür.

Yazılmış məqalə və sosial şəbəkələrdə edilmiş paylaşımlar arasından seçim ediləcək və müəyyən edilmiş qaliblər mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqə 21 may 2021-ci ildə yekunlaşacaq.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …