“Saf Farma” və “Medical Media” Şirkətlərinin təşkilatçılığıyla 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Boyukmillet.com xəbər verir ki, şirkətlərin təsisçisi Azər Xudiyev və əməkdaşlar Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər.
Tədbirdə ilk olaraq 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan himni səsləndirilib.
Anım mərasimində çıxış edən Azər Xudiyev 1990-cı ilin Qanlı Yanvarında günahsız, əliyalın insanlara qarşı həyata keçirilən qətliamı insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, ölkəmizin qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldığını xüsusi qeyd edib.
A.Xudiyev Umummilli lider Heydər Əliyevin faciənin dünyada tanınmasında rolunu xüsusi vurğulayıb.
Ziayrətin sonunda Qanlı Yanvar faciəsi qurbanların məzarlarına qərənfillər qoyulub.