Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Saleh Məmmədov Qazaxda vətəndaşları qəbul edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabrın 23-də Qazax rayonunda vətəndaşları qəbul edəcək.

Boyukmillet.com xəbər verir ki, qəbul saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qazax rayonu “28 №-li Yol İstismarı”, Ağstafa rayonu “27 №-li Yol İstismarı” və Tovuz rayonu “26 №-li Yol İstismarı” MMC -lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …