Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyevlə vida mərasimim keçirilir

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Qənbər Teymur oğlu Yarıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.

Boyukmillet.com xəbər verir ki, şəhidin nəşi Salyanda ailəsinə təhvil verilib.

Qeyd edək ki, Qənbər Teymur oğlu Yarıyev 1966-cı il dekabrın 6-da anadan olub. O, 1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndində itkin düşüb. Q.Yarıyevin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkar edilib.

Q.Yarıyev Salyan rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …