Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi “Merdeces-Benz” markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb.

O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …