Bazar , 19 Yanvar 2025
Drone Cameras

Saməddin Əsədov: “Peyklərin idarə edilməsi üçün alternativ nöqtələrimiz var”

Kosmos sahəsi kifayət qədər konservativ və risk yönümlü oduğu üçün peyklərin idarə edilməsi üçün Azərbaycanın alternativ nöqtələri də var.

Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kosmik fəaliyyət haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Belə ki, Bakıda hansısa fövqəladə problemlər yaranarsa, Naxçıvandan da peyklərimizi idarə etmək mümkündür.

Hazırda orbitdə üç peykimiz var. “Azərsky”– Yerin məsafədən müşahidə peyki keçən ay öz missiyasını yekunlaşdırıb. Yaxın gələcəkdə Azərbaycana məxsus kosmik peyklərin sayı artırılacaq”, – deyə S.Əsədov bildirib.

Check Also

Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan …