Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Şamaxıda qətl törətməkdə təqsirləndirilənlərin məhkəməsi başlayır

Şamaxıda qətl törətməkdə təqsirləndirilənlər Mahir Hacıyev və Tural Hacıyevin cinayət işi üzrə məhkəməsi başlayır.

Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib.

Qeyd edək ki, bu ilin aprelində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Check Also

Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilib

Şuşanın Daşaltı kəndində bir tondan artıq çətənə bitkisi məhv edilib. Boyukmillet.com xəbər verir ki, Şuşa …