Cümə , 22 Noyabr 2024
Drone Cameras

Şamil Ayrım: “Qərbi Azərbaycan mövzusunu Türkiyədə və bütün beynəlxalq platformalarda gündəmə gətirməliyik”

“Qərbi Azərbaycan mövzusunu Türkiyədə və bütün beynəlxalq platformalarda, eləcə də parlamentimizin müvafiq toplantılarında gündəmə gətirməliyik”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un Ankara bürosuna Türkiyə Böyük Millət Məclisinin AK Parti İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım deyib.

Türkiyəli deputat qeyd edib ki, Aralıq Dənizi üçün Birlik Parlamentlərarası Assambleyasının (AİPA) başqanı olaraq bu məsələni gündəmə gətirəcək.

Ş.Ayrım bildirib ki, sözügedən məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyinin yeni müşaviri Eldar Əliyev də bugünlərdə parlamentdə onunla görüşüb və Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə konsepsiyanı təqdim edib:

“Bu konsepsiya məclis başqanına da təqdim olunacaq. Azərbaycan rəhbərliyi də beynəlxalq hüquqların tələbləri çərçivəsində və haqlı şəkildə bu məsələyə çox həssaslıqla yanaşdığı üçün Türkiyə olaraq bu mövzu bizim də diqqətimizdədir”.

Millət vəkili əlavə edib ki, hazırda Türkiyədə Prezident və parlament seçkiləri məsələsi gündəmdə olmasına baxmayaraq, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna daxil olan deputatlar da Qərbi Azərbaycan mövzusuna diqqət göstərirlər:

“Uyğun zamanda bu məsələlər məclisin Xarici əlaqələr komitəsində də səsləndiriləcək.

Azərbaycanlıların və ümumiyyətlə türklərin 1828-ci ildən başlayaraq beş mərhələdə deportasiya olunması haqqında məlumatlarımız var. O zamandan başlayaraq qədim türk torpaqları olan indiki Ermənistandan türkləri və müsəlmanları zorla, təhqirlə, təhdidlə, qətliamlarla yer-yurdlarından didərgin salıb, İrandan, Osmanlıdan və başqa yerlərdən erməniləri yerləşdirməklə indiki Ermənistanın demoqrafik quruluşunu dəyişdilər. O ərazilərin 80 faiz yerli əhalisi vaxtilə türk və müsəlmanlar olub. İğdırda kimi dindirsən, “əslən İrəvandanam” deyəcək. Ona görə də qədim türk torpaqları haqqında tarix və coğrafiyanı gənclərimizə də yaxşı-yaxşı öyrətməliyik ki, onlar beynəlxalq aləmə sırınan erməni yalanlarının qarşısına faktlarla, sübutlarla çıxa bilsinlər”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …