Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Samir Əsədli: “Bu müzakirələr antitürk dövlətlərin daha bir ləyaqətsizliyinin isbatı gecəsi kimi tarixə köçdü”

“Son müzakirə təkcə rəsmi İrəvanın yox, eyni zamanda Fransanın, İranın və digər antitürk dövlətlərin daha bir ləyaqətsizliyinin isbatı gecəsi kimi tarixə köçdü”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib.

O, müzakirələrdə ermənilərin “humanitar böhran” şousunun puç və cəfəngiyyat olduğunun ortaya çıxmasının əhəmiyyətinə diqqət çəkib: “BMT Rəsmi İrəvanın təklifi ilə Qarabağın mülki əhalisinin məcburi “tam blokadaya” alınması nəticəsində humanitar vəziyyətin “pisləşməsi” ilə bağlı BMT Təhlükəsizlik Şurasının müzakirələri ernəni diplomatiyasının növbəti fiaskosu ilə yadda qaldı. Ermənistanın beynəlxalq səviyyədə guya Laçın yolunun bağlanması və bu səbəbdən Qarabağda “humanitar böhran” yaranması iddiaları ilə yaratmaq istədiyi növbəti şou cəhdi də uğursuzluğa düçar oldu. Ermənistan rəhbərliyinin, Qarabağdakı separatçıların əsassız iddiaları qarşılığında hər hansı gözləntilərinin nəticəsiz qalacağı tamamilə məntiqlidir. Reallıqda Qarabağda “böhran”a səbəb olacaq isə tək bir amil var – Qərbin sanksiyalarından yayınmaq məqsədilə Rusiyadan qeyri-qanuni Azərbaycan ərazisinə gələrək Qarabağda gizlənən cinayətkar Ruben Vardanyan və digər separatçılar tərəfindən mülki erməni əhalisinə göstərilən təzyiqlər. Laçın yolundakı məhdudiyyətdən öz dırnaqarası mövqeyini möhkəmləndirmək üçün istifadə etməyə çalışan Vardanyan hər vəchlə mülki erməni əhalini çətinliklərlə üz-üzə qoyur, onların Azərbaycanın hakimiyyətini qəbul etməsindən qorxaraq süni əngəllər yaradır. Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayəndə bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Ermənistan isə əksinə. Erməni əsilli vətəndaşların ayrı-seçkiliyə məruz qalma iddiası ona görə ləğv olundu ki, onlar Azərbaycan vətəndaşlarıdır”.

S.Əsədli müzakirələrin yekunu olaraq Azərbaycanın suveren hüquqlarının tanınmasına xüsusi diqqət çəkib: “Təhlükəsizlik Şurasında çıxarılmış qərar həm də Azərbaycanın daxili məsələsinə verilən qiymətdir. Bu qərar hüquqi əsasdan daha çox, ciddi siyasi uğuru özündə əks etdirir. Sözü gedən qərar Ermənistanın beynəlxalq arenada hüquq üzərində başlatdığı bumun qarşısına sədd çəkmiş oldu. Ermənistanın məqsədi Qarabağ məsələsini beynəlxalq birliyin gündəminə çıxarmaqla qloballaşdırmaq, faktiki həllinin qarşısını almaq idi. Dünya birliyi Azərbaycanın öz ərazisi daxilində qərarı özünün verəcəyini birdaha təsdiqləmiş oldu. Bu müzakirələri Ermənistanın fiaskosu və ümumilikdə Ermənistan diplomatiyasının, onların havadarlarının məğlubiyyəti adlandırmaq olar. Rəsmi İrəvan növbəti məğlubiyyəti ilə barışmalı, Qarabağda yaşayan erməni əhali isə anlamalıdır ki, Azərbaycanın şərtləri əsasında danışıqlara getmək labüddür. Çünki beynəlxalq hüquq və haqq-ədalət Azərbaycanın tərəfindədir. Son müzakirə təkcə rəsmi İrəvanın yox, eyni zamanda Fransanın, İranın və digər antitürk dövlətlərin daha bir ləyaqətsizliyinin isbatı gecəsi kimi tarixə köçdü”.

Musavat.com

Check Also

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin rəhbəri deputat olmaq istəyir

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin rəhbəri Fikrət Cəfərli Azərbaycanda yaxın aylarda Milli Məclis seçkilərinə namizədliyini irəli …