Ermənilərlə fransızların “bacı” olduqlarını bilirdik. Bunu dünyada bilməyən yoxdur ki, Fransa Ermənistanın “böyük bacısıdır”, Ermənistan da özünü onun “kiçik bacısı” adılandırır. Son bir neçə ildə bu cüt bacının Azərbaycana qarşı tutduqları birgə mövqe də bəllidir.
Bu barədə çox danışılıb, çox yazılıb. Ermənistanla Fransa, ermənilərlə fransızlar bir-birinə yaxın olduqlarını sübut etmək üçün hər vasitəyə əl atırlar. İndi də onlar özlərindən yeni “ideologiya” uydurublar ki, bunlar “iki millət bir sivilizasiya”dırlar. Bunu da Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib. Özü də Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivetin Ermənistan səfəri zamanı. Alen Simonyan Fransa Milli Assambleyasının sədrini qəbul edərkən ona “Biz iki millətik, amma bir sivilizasiyayıq” deyib.
Məsələ burasındadır ki, indiyə qədər onlar bu cür ifadələr işlətməyiblər, bir-birinə “bacı” deyə xitab ediblər. İndi isə bu varianta əl atıblar.
Bəzi şərhçilər hesab edir ki, A.Simonyanın bu deyimi oğurluqdur və Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığını ifadə edən “Bir millət iki dövlət” ideyasından götürülüb. Azərbaycan və Türkiyə sözün həqiqi mənasında həm etnik, milli kimlik, soy-kök, həm tarixi-mənəviyyat baxımından bir xalqdır, amma fransızlarla ermənilər nə bir xalqdır, nə də eyni sivilizasiyadır. Bunlar bir-birinə ziddi olan bir məsələdir.
- “Fikrimcə, “iki millət, bir svilizasiya” “ideologiyası” fransız xalqı tərəfindən etirazla qarşılanacaq”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Simonyanın bu cür ifadə işlətməsi gülməli görsənir. Ermənilərin tarixən saxtakarlıqla məşğul olduqlarını deyən S.Adıgözəllinin sözlərinə görə, oğurluq, plagiatlıq onların həyat tərzidir. “Bu toplumun oğru, saxtakar olduğu gizlin deyil. Ermənilərlə fransızların “iki millət, bir sivilzasiya” adlandırılması çox gülüncdür. Simonyan hansı svilizasiyadan danışır? Tarixdə erməni-hay sivilzasiyası olmayıb ki. Bu günkü ermənilər müxtəlif xalqlardan törəyən toplumdur, onların formalaşmasında qaraçılardan tutmuş başqa xalqlara qədər çoxlarının iştirakı var. Bəlkə “bir sivilizasiyayıq” deyərkən fransızların və ermənilərin başqa xalqlarlara qarşı törətdikləri soyqırım, genosid aktlarını nəzərdə tuturlar. Çünki həm ermənilər, həm fransızlar genosid törətməkdə ad çıxarıblar. Fransızlar istəməzlər ki, onların adları ermənilərin əməllərinə şərik kimi səsləndirilsin. Fikrimcə, “iki millət, bir svilizasiya” “ideologiyası” fransız xalqı tərəfindən etirazla qarşılanacaq. Çünki fransızların heç də hamısı ermənipərəst deyillər. Ermənilər bu “ideologiya”nı ortaya atmaqla Fransanı dünya sivilizasiyasından ayırmaq niyyəti güdürlər ki, guya dünyada “erməni-fransız sivilzasiyası” olub, Fransa Avropa sivilzasiyasına aid deyil”.
Bunu fransız xalqının qəbul etməyəcəyini deyən S.Adıgözəlli deyir ki, bu gün ermənipərəst olsa da, Fransa qədim dövlətdir, öz mədəniyyəti, tarixi var, ermənilərin özlərini onlara yamaq etməsi də gülməlidir. “Ermənilər qaş düzəltdikləri yerdə vurub gözü də tökdülər. Özlərini fransız xalqının səviyyəsinə qaldırmaq istəyirlər. Bu isə mənasız bir məsələdir. Ermənipərəst Makron hökuməti bu çürük “ideologiya”nı qəbul edə bilər, amma fransız xalqının bunu qəbul edəcəyi inandırıcı görünmür. Əlbəttə, bu gün Ermənistan da, Fransa da özlərini yaxın göstərmək üçün bu cür fikirlər səsləndirirlər, amma bu da gülünc görsənir. Azərbaycanla Türkiyə bir millət iki dövlətdir, bu hər bir addımda özünü tədiqləyib. Amma ermənilərlə fransızlar eyni xalq olmadıqları kimi, eyni sivilizasiyaya da aid deyillər. Fransın hansı sivilzsiyaya malik olduğu məlumdur” – deyə S.Adıgözəlli qeyd etdi.
Əli TURABOV