Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Samir Adıgözəlli:Bu dediklərim millətimizin bu günlərində alçaqlıq göstərənlərin topasına bir cavabım olsun

İndiki mürəkkəb vəziyyətdə,erməni işğalına qarşı ordumuzun apardığı əks əməliyyatlar dönəmində bəzi içimizdə olan nadürüst insanların hərəkətləri adamda hiddət doğurmaya bilmir. Bilmirsən düşmənin təxribatlarına cavab verəsən yoxsa içimizdəki sapı özümüzdən olanlara cavab verəsən.
İlk öncə onu deyim ki, düşmən və onun havadarları nə qədər çalışsada milli birliyimizə xələl gətirə bilmədilər. Şükürlər olsun xalq-dövlət, şərqli-qərbli,şimallı-cənublu olaraq bütün dünyaya dik duruşuğumuzu nümayiş etdiririk.
Rəşadətli ordumuzun hər bir əldə etdiyi uğur, məhz milli birliyimizin əsasında baş verir. Təəssüflər olsun ki, birliyimizi, ordumuzun uğurlarını müdafiə edərək düşmənə qarşı sosial şəbəkələrdə də amansız mübarizənin önündə olmaq əvəzinə bir iki cızmaqara yazanlar ölkəmizi hədəf seçiblər.Öz düşüncəsində guya Naxçıvan Muxtar Respublika rəhbərliyi haqqında yazıb, boşboğazlıq etdiyini gösterib. Amma əsil həqiqətdə düşmən dəyirmanına su tökərək ümummilli siyasətimizə zərbə vuraraq yazdıqları ilə milii maraqlarımız hədəfə alınmışdır. Naxçıvan Muxtar Respublika rəhbərliyi bu gün apardığımız müqəddəs vətən müharibəsində şəhid olan övladlarımızın dəfnlərində iştirak edib, şəhid ailələrinə maddi və mənəvi dəstək olur. Həm Naxçıvanın müdafiəsinin təşkili,burada yaşayan insanlarımızın təhlükəsizliyi həm də hər tərəfli vətəndaşlarımızın ümummilli məsələdə səfərbər olunması istiqamətində Muxtar Respublika rəhbərliyi dayanmadan fəaliyyət göstərməkdədir.
Naxçıvan rəhbərliyinin dövlətçiliyə, Ali Baş Komandan İlham Əliyevə sədaqəti və əməli işi göz qabağındadır Necə deyərlər xalqın gözü tərəzidir.


Hamımız çox gözəl bilirik ki, mənfur ermənilərin Qarabağ torpaqlarımızla yanaşı bir hədəfləridə Naxçıvandır. Belə bir məqamda Naxçıvanla bağlı belələrinin yanaşması düşmən sifarişi kimi qəbul edilməlidir. Hərbi vəziyyətdə bu tipli açıqlamalar yolverilməzdir.
Daxildən və xaricdən nəyinki 5-ci kalonun tərkibində eləcə də, ayrı-ayrı “eşalonlarda” yer alanlara mirzəlik edənlər mütləq cəzalarına çatacaqlar. Bu dediklərim millətimizin bu günlərində alçaqlıq göstərənlərin topasına bir cavabım olsun.

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …