Dünyanın gözü yenidən Rusiya-Ukrayna sərhədindədir.
Boyukmillet.com xəbər verir ki, bölgədən gələn xəbərlər yenidən qarşıdurma ehtimalının artdığını göstıərir.
Krım böhranı ilə bağlı təhlilləri ilə tanınan rusiyalı analitik Dr. Mark Qaleotti Moskva rəhbərliyinin hücum planının olmadığını açıqlasa da, Kiyev hökumətinin çaşqınlığa səbəb olacaq açıqlamalarla çıxış edib.
“Washington Post” qəzeti ABŞ və Avropa rəsmilərinə əsaslanaraq hazırladığı xəbərdə Rusiyanın yenidən Ukrayna sərhədlərinə əsgər və texnika yığmağa başladığını iddia edib.
“Politico” qəzeti isə Ukrayna sərhədi yaxınlığında yerləşdirilən rus qoşunlarının peyk şəkillərini dərc edib. Qəzetin xəbərinə görə, 2021-ci il noyabrın 1-də peykdən çəkilmiş fotoşəkillər Rusiyanın Ukrayna sərhədində hərbi qüvvələrini yenidən artırdığını təsdiqləyir.
“Bloomberg” xəbər agentliyi isə ötən həftə hazırladığı xəbərdə Rusiyanın Ukrayna sərhədinə daha çox tank apardığını yazıb.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukrayna sərhədi yaxınlığında yerləşdirdiyi hərbi qüvvələrlə bağlı açıqlama verib. Dünən Ukrayna Prezidentinin rəsmi internet saytında dərc edilən açıqlamada Zelenski Qərb ölkələrinin Rusiya ordusunun hərəkətliliyi ilə bağlı məlumatları Kiyevə çatdırdığını bildirib. “Bundan sonra ümid edirəm ki, dünya kimin həqiqətən sülh və əmin-amanlıq istədiyini açıq şəkildə görəcək. Rusiyanın sərhədlərimiz yaxınlığına 100 minə yaxın əsgər yerləşdirdiyi faktdır”,- deyə Zelenski qeyd edib.