Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Şavkat Mirziyoyev İlham Əliyevi Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə təbrik edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın bütün ərazisində suverenliyini təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

Özbəkistan Prezidenti vurğulayıb ki, tarixi ədalət bərqərar olub və Qarabağ artıq bərpa və rifah yoluna qədəm qoyub.

Ş.Mirziyoyev bildirib ki, Azərbaycanda səfərdə olarkən Şuşa və Füzulini ziyarət edib və Azərbaycanın azad olunmuş ərazilərində genişhəcmli yenidənqurma işlərinin şahidi olub: “Azərbaycan xalqını öz ərazi bütövlüyünü təmin etməsi münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm”.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …