Şənbə , 28 Mart 2026
Drone Cameras

Seçkilərin ilkin nəticələrinin elan olunacağı vaxt açıqlanıb

Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimailəşdiriləcək. Bu isə yenə də ilkin nəticə sayılacaq.

Boyukmillet.com-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

“Yekunda isə Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bu qərar qətidir. Bundan sonra seçilən şəxs andiçmə keçirə biləcək”, – o qeyd edib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Check Also

İlham Əliyev Fərman İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində …