Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Sel Ağsuda can aldı

Güclü yağış nəticəsində ekskavatora sığınan 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb

Ağsunun Kalva kəndində güclü yağışın yaratdığı sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışdan qorunmaq məqsədilə ekskavatorun içərisinə sığınıblar. Lakin bir qədər sonra gələn selin təsirindən ekskavator aşıb.

Hadisə nəticəsində ekskavatorun içindəkilərdən biri – 1982-ci il təvəllüdlü Ayətullayev Pərviz Qəni oğlu hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, texnikanın içində köməksiz qalıblar.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaralıları – Qazax rayonunun Yuxarı Salahlı kənd sakini 33 yaşlı Bəxtiyar Nəsib oğlu Abdullayev, Cəbrayıl rayonunun Niyaziqullar kənd sakini 43 yaşlı Elnur Məhəmməd oğlu Salahov və Gədəbəy rayonunun Çiçəkli kənd sakini 37 yaşlı Bəxtiyar Fazil oğlu Qasımov ekskavatorun içindən çıxararaq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. 

Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparıldığı bildirilir.

Hadisə nəticəsində həlak olan və yaralanan şəxslərin adları müəyyənləşib.

Check Also

Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun …