Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Selçuk Bayraktar: “Azərbaycanda keçirilən “Teknofest” gözləntilərimizdən daha yüksək olub”

Azərbaycanda keçirilən “Teknofest” gözləntilərimizdən daha yüksək olub.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayrakdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Azərbaycandan olan jurnalislərə açıqlamasında deyib.

S.Bayraktarın sözlərinə görə, növbəti illərdə də Azərbaycanda eyni festival keçirilə bilər: “Festivalın yüksək səviyyədə təşkili yaxşı gündə də, pis gündə də bir-birimizin yanındayıq mesajını bir daha verdi. Azərbaycandan olan qardaşlarımızdan belə yüksək diqqəti görmək çox xoş oldu. İstərdik ki, inşallah gələcəkdə də “Teknofest” Azərbaycanda keçirilsin”.

Check Also

RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf …