Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Senzuranın ləğvi ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri idi

Samir Adıgözəlli: “Bununla müstəqil Azərbaycan Respublikası demokratik cəmiyyətlərin əsas göstəricilərindən biri olan fikir, söz, ifadə və məlumat azadlığına nə dərəcədə önəm verdiyini, bu prinsiplərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərirdi” Ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi, bu prinsiplərin inkişaf etdirilməsi istiqamətində müvafiq addımların atılması hər zaman prioritet olub. Xüsusilə müstəqillik illərindən sonra qeyd edilən istiqamətdə daha diqqətçəkici və nəticəyə hesablanmış addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra özünü büruzə verən bu addımlar, həyata keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan fikir, söz, məlumat və ifadə azadlığının ən yüksək səviyyədə təmin edildiyi ölkələrdən birinə çevrilib. Elə böyükmillet.com saytının təsisçisi və baş direktoru, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri,  Samir Adıgözəllli ilə söhbətimizdə də qeyd edilən məsələyə diqqət çəkdik və müstəqilliyin ilk illərində ölkədə fikir, söz və ifadə azadlığının təmin edilmısi məqsədilə görülən işlərə nəzər saldıq.

-Samir bəy, 140-a yaxın olan Azərbaycan mətbuatının keçmişdən bu günə qədər olan vəziyyətini, hazırkı durumunu necə xarakterizə edərdiniz?

-Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan mətbuatının 140 ilə yaxın yaşı var. 1875-ci ildə dahi mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası olan Milli Mətbuatımız ötən 140 ildə dərin və keşməkeşli, eyni zamanda şərəfli bir yol keçib. Düzdür, Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qezitinin ömrü az olsa, cəmi 2 il fəaliyyət göstərsə də, lakin bu qısa müddət ərzində həm sözügedən qəzet, həm də onun təsisçisi olan Həsən bəy Zərdabi xalqın maarifləndirilməsi, onun üzləşdiyi problemlərin media, mətbuat vasitəsilə ictimailəşdirilməsi, eyni zamanda həmin problemlərin həll edilməsində mühüm rol oynayıb. Düzdür, “Əkinçi”dən sonra da Azərbaycanda müxtəlif adlar altında qəzet və jurnallar dərc edilib. Həmin mətbu orqanlarda “Əkinçi” kimi xalqın, cəmiyyətin maarifləndirilməsi, milli şüurunun formalaşdırılmasında mühüm rol oynayıb. Lakin getdikcə Azərbaycana qarşı artan basqılar, ölkəmizin bütövlükdə  şimal qonşumuzun təbəəsi altında düşməsi mətbuatımızın da müstəqilliyinin itirilməsi, tamamilə sıradan çıxması ilə nəticələndi. Beləliklə, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə edənə qədər milli mətbuatın, azad fikrin, söz və mətbuat azadlığının üzünə həsrət qaldı deyə bilərik. Düzdür, hələ sovetlərin zamanında ümummilli lider Heydər Əliyev müəyyən mənada bu mifi qırmağa müvəffəq olmuşdu. O dövr üçün görünməyən hadisə idi ki, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin iclasları mətbuat nümayəndələrinin iştirakı ilə keçirilsin. Yaxud respublikanın birinci katibinin yanında keçirilən hansısa iclas, toplantı mətbu orqanda əksini tapan və cəmiyyəti ciddi narahat edın bir sosial məsələyə həsr olunsun. O illərdə belə bir halla ancaq Azərbaycanda qarşılaşmaq mümkün idi. Bu da təbii ki, ümummilli lider Heydər Əliyevin hələ sovetlərin zamanında fikir, söz, məlumat və ifadə azadlığına xüsusi önəm verdiyini ortaya qoyurdu.

-Elə bu ənənə idi ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra eyni yolu, eyni siyasəti davam etdirdi.

-Tamamilə doğru buyurursunuz. Ümummilli lider Heydər Əliyev hələ sovetlərin zamanında istər respublikanın birinci katibi işləyən zaman, istərsə də Moskvada Mərkəzi Komitədə çalışdığı illərdə mətbuatla sıx təmasda olur, onlara xüsusi diqqətlə yanaşır, ciddi maraq göstərirdi. Ümummilli lider bu siyasətini 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da davam etdirdi. Ümummilli lider Heydər Əliyevin kütləvi informasiya vasitələri, mətbuata nə qədər açıq, media ilə sıx işləmyə meyilli olduğunu elə ilk günlərdən müşahidə etməyə başladıq. Gəncədə baş qaldıran qiyam və vətəndaş qarşıdurması ilə yaxından tanış olmaq üçün Bakıya dəvət olunduqdan qısa bir müddət sonra adıçəkilən şəhərə getməyə üstünlük verən Heydər Əliyev bütün maneələrə, əngəllərə baxmayaraq kütləvi informasiya vasitələrini də Gəncə şəhərinə apardı və onlara baş vermiş hadisə ilə yerindəcə tanış olmaq imkanı yaratdı. Bu ümummili lider Heydər Əliyevin mətbuata, kütləvi informasiya vasitələrinə nə dərəcədə açıq olduğunu, media qurumları ilə yaxından əməkdaşlıq etməyə maraq göstərdiyini aşkar şəkildə ortaya qoyurdu. Çünki hələ respublikaya birinci dəfə rəhbərlik etdiyi illərdə, həmçinin Moskvada Mərkəzi Komitədə çalışdığı zaman Heydər Əliyev o dövrün media, mətbuata ən açıq olan siyasi liderlərindən biri kimi tanınırdı. Təsəvvür edin ki, keçniş SSRİ-nin zamanında həmin dövrün kütləvi informasiya vasitələri, işıq üzü görən məhdud sayda qəzetlərindən ən çox müsahibəsi rast gəlinən siyasi liderlərdən biri də məhz ümummilli lider Heydər Əliyev idi. Ayrı-ayrı müttəfiq respublikalarda işıq üzü görən partiyanın mətbu orqanlarına həmin respublikaların siyasi liderlərindən müsahibə almaq, onu dərc etmək həddən artıq çətin məsələyə çevrildiyi halda, Heydər Əliyevdən müsahibə almaq daha asan olurdu. Ona görə də hətta həmin ölkələrin media təmsilçiləri də Heydər Əliyevdən müsahibə almağa maraqlı görünür və qısa zamanda bu istəklərini reallaşdıra bilirdilər. Bu da yuxarıda da qeyd etdiyimiz kimi ümummilli liderin kütləvi informasiya vasitələrinə, mediyaya nə dərəcədə açıq olduğu, eyni zamanda fikir, söz, məlumat və ifadə azadlığının tərəfdarı olduğunu, buna maraq göstərdiyindən irəli gəlirdi. Sualınızın cavabına gəlincə, bəli, ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da bu prinsiplərə sadiqliyini nümayiş etdirdi, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının tam mənada təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmağa başladı. Bu mənada ümummilli liderin imzaladığı müvafiq sənəd əsasında sovetlərdən qalan senzuranın ləğv edilməsi o dövrdə ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri idi. Azərbaycanda sovetlərdən qalan senzuranın ləğv edilməsi təkcə ölkə vətəndaşları, media sahəsində çalışan kütləvi informasiya vasitələrinin təmsilçiləri deyil, eləcə də beynəlxalq aləm tərəfindən maraqla qarşılanır, həmin dövrdə atılan mühüm addımlardan biri kimi xarakterizə edilirdi. Yəni bununla müstəqil Azərbaycan Respublikası demokratik cəmiyyətlərin əsas göstəricilərindən biri olan fikir, söz, ifadə və məlumat azadlığına nə dərəcədə önəm verdiyini, bu prinsiplərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərirdi.

-Ancaq o da sirr deyil ki, yalnız senzuranı ləğv etməklə ölkədə ikir, söz. İfadə və məlumat azadlığına nail olmaq mümkün deyildi və həmin dövrdə medianın maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac duyulurdu. Bəs, ümummilli lider Heydər Əliyev kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində hansı addımlar atdı və bu addımlar mətbuatın inkişafına hansı müsbət təsirləri göstərdi?

-Tamamilə doğru buyurursunuz ki, yalnız senzuranı ləğv etməklə kütləvi informasiya vasitələri, mətbuat sahəsində mövcud olan problemləri həll etmək mümkün deyildi və ümummilli lider Heydər Əliyev də bunu yaxşı bilirdi. Ancaq hər halda senzuranı ləğv etməklə Heydər Əliyev ortaya bir siyasi iradə qoymuşdu. Həmin siyasi iradə də ondan ibarət idi ki, ölkədə fikir, söz, məlumat və ifadəı azadlığı inkişaf etdirilməlidir. Bunun üçünsə dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirəcək, lazımı addımları atacaq. Bu addımlardan biri də medianın, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasını gücləndirmək idi. Ümummilli lider Heydər Əliyev həmin dövrdə işıq üzü görən kütləvin informasiya vasitələrinin üzləşdiyi problemləri, çətinlikləri dərindən təhlil edərək qısa müddət ərzində medianın inkişafına, onların maddi-texniki bazasının gücləndirilməsinə xidmət edən addımlar atdı. Bu baxımdan Heydər Əliyevin qəzet redaktorları ilə görüşü mühüm hadisə hesab edilirdi. Həmin görüşdə hər bir qəzet redaktorunu dinləyən, onların qaldırdıqları problemləri öyrənib təhlil edən ümummilli lider Heydər Əliyev o dövrdə medianın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlardan birini atdı. Belə ki, Heydər Əliyev ölkədə işıq üzü görən çoxsaylı qəzetlərin uzun illərdən bəri Azərbaycan Nəşriyyatına yığılıb qalan borclarını müvəqətti olaraq dondurdu. Təbii ki, bu həmin dövrdə kütləvi informasiya vasitələrinə verilən ən mühüm maddi dəstək hesab edilirdi. Çünki qəzetlərin üzləşdiyi maddi, maliyyə problemi onların Azərbaycan Nəşriyyatına olan borclarının qarşılanması, ödənməsinə kifayət etmirdi ki, bu da nəticə etibarilə ya qəzetlərin dövriliyinin azalması, ya da tamamilə dayandırılması ilə nəticələnirdi. Eyni zamanda xaricdən, xüsusilə də Rusiya Federasiyasında Azərbaycana gətirilən qəzet kağızının gömrük və vergi rüsumunun aşağı salınması və kütləvi informasiya vasitələrinin qəzet kağızı almasının asanlaşdırılması da həmin dövrdə medianın maddi-texniki bazasının möhkəmləndirılməsinə xidmət edən amillərdən idi ki, bu da öz növbəsində Heydər Əliyevin, müstəqil Azərbaycan Respublikasının fikir, söz, məlumat və ifadə azadlğının inkişaf etdirilməsinə nə dərəcədə maraqlı olduğunu bir daha nümayiş etdirirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …