Çərşənbə axşamı , 15 İyul 2025
Drone Cameras

SEPAH: İran səhərə qədər İsraili vuracaq

İranın Silahlı Qüvvələri İsraildəki hədəflərə səhərə qədər davam edəcək yeni zərbə dalğasına başlayıb.

Boyukmillet.com-un “Tasnim” agentliyinə istinadən məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın Silahlı Qüvvələrinin elit bölmələri – SEPAH) nümayəndəsi Əli Məhəmməd Naini bildirib.

“Bir neçə dəqiqə əvvəl “Doğru vəd 3″ əməliyyatının doqquzuncu dalğası başlayıb. Bu, raketlər və pilotsuz təyyarələrdən istifadə edilən birləşmiş hücumdur. Əməliyyat səhərə qədər davam edəcək”, – agentlik onun sözlərini sitat gətirib.

Check Also

Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç …