Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Separatçı rejim Şuşa ilə bağlı etiraf etdi- “İzvestiya” yaydı

“Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik”

Boyukmillet.com xəbər verir ki, bu etirafı tanınmayan “DQR”in terrorçu rəhbərinin mətbuat katibi Vaqram Poqosyan edib.

Rusiyanın “İzvestiya” qəzetinin yazdığına görə, V. Poqosyan Şuşa şəhərini itirdiklərini bildirib. “Təəssüf ki, bir sıra uğursuzluqların hələ də bizi təqib etdiyini və Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik”,-deyə o, bildirib.

Qondarma rejim tərəfindən Azərbaycan ordusunun Xankəndinə yaxınlaşdığı da bildirilib: “Xankəndi şəhəri təhdid altındadır və Azərbaycan ordusu artıq şəhər ətrafına yaxınlaşıb”.

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …