Cümə , 7 Mart 2025
Drone Cameras

Sevinc Xəlilovadan nə istəyirlər???


Dünən axşam saatlarında redaksiyamıza olunmuş vətəndaş zəngi ilə əlaqədar olaraq bu gün səhər Binəqədi rayonu,DYP-nin alt hissəsi ,VII məhəllə ev 007 ünvanına getdik. Dünən bizə zəng edərək imdat diləyən Pakizə ana ilə görüşdük.

Pakizə Dadaşova bizə qızı Sevinc Xəlilovanın şərlənərək həbsedilmə təhlükəsi qarşısında qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını bildirib. Lakin qızı ölkəni tərk etdikdən sonra bu problemlər bitmək əvəzinə daha da şiddətlənməyə başlayıb. Belə ki onun qızı Baş Prokurorluğa Qaradağ rayon polis idarəsinin sahə rəisi vəzifəsində çalışan Rauf Xalıqzadə barəsində şikayət ərizəsi ünvanladıqdan sonra sözün əsl mənasında polisin hədəfinə çevrilib. Raufun vəzifədə olması və yüksək vəzifələrdə çalışan nüfuzlu qohumlarının olması,qanunsuz olaraq Sevincə cinayət işi açılması ilə nəticələnib. Pakizə ana ağlayaraq bildirdi ki, Sevinc getdikdən sonra bununla kifayətlənməyərək Rauf dəfələrlə evimizə hücum edərək məni hədələyir,nalayiq ifadələrlə təhqir edirdi. sonunda evimi satıb başqa ünvana köçdüm. Lakin o yeni adresimi də taparaq yenidən evimə hücum etməyə başlayıb.

O içkili vəziyyətdə qapımıza gələrək bizi ölümlə hədələyir,Sevinci tapıb öldürəcəyini deyir Dəfələrlə 102 xidmətinə və polis idarəsinə müraciət etsəm də heç kim şikayətimə baxmır. Artıq dəli olmaq həddinə çatmışam,hara müraciət edəcəyimi bilmirəm.

Boyukmillet.com

Check Also

Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb, uçuş aparatı zərərsizləşdirilib

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib …