Cümə axşamı , 9 May 2024
Drone Cameras

Seymur Orucovdan yeni TƏYİNATLAR – SİYAHI

Ağstafa rayonunda aparılan kadr islahatları çərçivəsində növbəti təyinatlar olub.
İcra Hakimiyyətindən Qerbinfo.com-a verilən məlumata görə, Ağstafa Rayon Statistika İdarəsinin rəisi Kənan İbrahimov başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının məsləhətçisi Nəsimi Hacıyev həmin şöbəyə aparıcı məsləhətçi, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon Təşkilatının aparat rəhbəri vəzifəsinə Tağı İmamverdiyev, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov rayon Statistika İdarəsinin rəisi, Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev Rayon Gənclər və İdman İdarəsinin rəisi, Qabil Məmmədov Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi, Naqif Mehdiyev Ağstafa RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri, Zakir Nəsibov Ağstafa RİH başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifələrinə təyin olunublar.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …