Çərşənbə axşamı , 14 May 2024
Drone Cameras

Sima Babayeva: “Heydər Əliyev Tanrının Xalqımıza bir lütfüdür”

Müasir Azərbaycan dövlətinin memarı olan ümummilli lider Heydər Əliyevin əbədiyyətə yol almasından 18 il ötür.
Böyük öndər, dahi siyasi ustad haqqında yazmaq, onun keçdiyi zəngin yolu təhlil etmək çətindir. Amma bu çətinliyin içərisində onu dərk edənlər, milli liderin məfkurəsinə bağlı olanlar asanlıqla qəlblərindən keçən duyğularını ifadə edə bilirlər.
Mən, böyük öndərin hələ 80-ci illərdə Azərbaycanımızın inkişafı, apardığı böyük quruculuq fəaliyyətlərinin canlı şahidi olan azərbaycanlılardan biriyəm. Məhz o dövrdəndə onun yoluna, siyasi əqidəsinə tapınmışam. Sonrakı illərdə, vətənimizin başına gələn müsibətlər zamanı yenidən Heydər Əliyevin siyasi səhnəyə gəlməsini ancaq tanrının biz millətə olan lütfi kimi qiymətləndirmək olar. Keçmiş sovet dövründə də və ondan sonrakı müstəqillik illərində də Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi bir xalq olaraq, qazandığımız tarixi bir şansdır.


Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, daxili və xarici təzyiqlərin dəf edilməsi, respublikamızın dünya dövlətləri sırasında sayılan mərtəbəyə çatdırılması ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında danılmaz xidmətlərinin nəticəsidir. Yarım əsr Azərbaycan dövrünün canlı şahidləri ümummilli lider Heydər Əliyevin nə cür bir siyasi iradə hesabına Azərbaycanı bu uğurlu səviyyəyə çatdırdığını daim bildirirlər.
Bu gün Azərbaycan məhz onun yaratdığı konsepsiya əsasında yolunu davam etdirir. Heydər Əliyev müasir Azərbaycan dövləti ilə yanaşı həm də bizlərə xalqın məhəbbətini qazanmış, möhkəm iradə və intelektə sahib olan bir dövlət xadimini bizlərə həm əmanət həm də rəhbər olaraq qoymuşdur.
Bu gün və gələcəkdə inam və rifah içərisində yaşamaq üçün dövlətimizi, vətənimizi sevmək və onu müdafiə etmək hər bir azərbaycanlılının borcudur. Bu vətənpərvərlik eşqini bizdə yaradan ümummilli liderin əbədiyyətə qovuşmasının ildönümündə hörmət və ehtiramla anıram.
Ruhun şad olsun böyük Millət Atası, bu gün Qarabağımız azaddır Sənin arazularını cənab prezident İlham Əliyev xalqı ilə birlikdə həyata keçirməkdədir.

Sima Babayeva

Boyukmillet.com xəbər portalının redaktoru

Check Also

Qürbətdə, Vətən həsrəti

Laçın babalarımızın, əcdadlarımızın yurdudur. Şəlvə dərəsinin nadir gözəlliyinə, Qırxqız yaylağının səfalı havasına, uca qayaların qoynundan …