Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bütün keçid qapılarının cümə günü yenidən istifadəyə veriləcəyini açıqlayıb.
Boyukmillet.com xəbər verir ki, Ersin Tatar cümə günündən etibarən, 7 günlük bir PZR mənfi test nəticəsi ŞKTC-dən Cənubi Kiprə və Cənubi Kiprdən ŞKTC-ye tranzit üçün kifayət edəcəyini bildirib. Bu qaydalar üçüncü ölkə vətəndaşlarına da şamil olunacaq.
Prezident Adminstarsiyasından verilən açıqlamaya görə, Ersin Tatar mart ayından bəri apardıqları işlər nəticəsində Anastasiadis ilə bütün keçid qapılarını açmağı qəbul etdiklərini qeyd edib və bu qərarın hər iki tərəfin pandemiyanın səbəb olduğu iqtisadi çətinliklərin öhdəsindən gəlməsinə kömək edəcəyinə inandığını bildirib.
Prezident Tatarın tam açıqlaması belədir:
“Ötən mart ayında etdiyimiz təkliflə başlayan proses bu gün başa çatdı.
Gərgin səylər nəticəsində bütün keçid qapılarının açılamsı üçün Kipr yunan tərəfi ilə razılıq əldə edildi. Bütün keçid qapıları, yəni 9 qapı, 4 iyun 2021-ci il cümə günü uzun fasilədən sonra fəaliyyətə başlayacaq.
Bu gün mart ayında başladığımız fəaliyyətlər müsbət nəticələr verdi. Cənab Anastasiades ilə bütün qapıları açmaq barədə razılığa gəldik.
Bu çərçivədə Yoluxucu Xəstəliklər Yüksək Komitəmiz pandemiya prosesini yaxından izlədi. Xatırladığımız kimi, Kipr yunan tərəfində işlərin artması ilə son bir bağlanış oldu. Yoluxucu Xəstəliklər Ali Komitəmiz də 10 maydan bəri yenidən açılım yaşanan Cənubi Kiprdə yoluxmaların ciddi şəkildə azaldığını və “narıncı” səviyyəyə getdiyini bildirdi.
İkitərəfli Sağlamlıq Texniki Komitəsi tərəfindən aparılan işlər çərçivəsində, ölkəmizdə və Cənubi Kiprdə həyata keçirilən Covid-19 tədbirlərinin keçid hissəsi uyğunlaşdırılıb.
Milli hazırlıqlar çərçivəsində, Baş nazirin göstərişi ilə bütün qapıların cümə günü tam istifadəyə verilməsi üçün işlər artıq başlamışdır”.