Bazar , 19 May 2024
Drone Cameras

Şirazda silahlı qarşıdurma: iki qardaş öldürüldü

İranın Fars əyalətinin Şiraz şəhərində silahlı qarşıdurma baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İki saat davam edən qarşıdurma nəticəsində iki nəfər öldürülüb.

Bildirilib ki, axtarışda olan iki qardaşın həbsi üçün keçirilən əməliyyat zamanı qardaşlar silahlı müqavimət gəstərib. Atışma zamanı qardaşların hər ikisi öldürülüb.

Kimlikləri açıqlanmayan qardaşların silahlı soyğun və girov götürməkdə ittiham olunduğu bildirilib.

Yerli sosial media istifadəçiləri öldürülən şəxslərin hökumətə müxalif təşkilatlardan birinin üzvü olduqlarını yazıblar.

Check Also

Nərimanovda 19 yaşlı gənci avtomobil vurub 

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir …