Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Şirvanda avtomat tapılıb, 11 tüfəng isə polisə təhvil verilib

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Boyukmillet.com xəbər verir ki, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 19 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Check Also

QHT işi ilə bağlı iki nəfərin həbs olunduğu bildirilir

Daha bir neçə şəxsin isə ifadəyə çağırıldığı deyilir Qeyri-hökumət təşkilatlarına qarşı davam edən cinayət işi …