Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

ƏƏSMN-in “Çağrı mərkəzləri” 13,5 mindən çox müraciəti cavablandırıb

May ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 və 190 “Çağrı mərkəzləri” tərəfindən 13,5 mindən çox müraciət cavablandırılıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cari ilin may ayında ƏƏSMN-in 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 13 505 müraciət daxil olub.

Vətəndaşlar əsasən sosial təminat növləri, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə və s. ilə bağlı müraciət ediblər. Bu müraciətlərin 96,3 faizi və ya 12 999-u qeyd olunan məsələlərlə bağlı sorğu xarakteri daşıyıb və nazirliyin mütəxəssisləri tərəfindən vətəndaşlara aydın şəkildə hüquqi izahatlar verilib. Digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılaraq nəticəsinə uyğun tədbirlərin görülməsi təmin olunub. 190-“Çağrı mərkəzi” vasitəsilə avtomatlaşdırılmış qaydada, yəni yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt rejimində pensiya təyin edilməsi işləri də davam etdirilib. Ötən ay daxil olan müraciətlər əsasında nazirliyin “Çağrı mərkəzləri” vasitəsi ilə əvvəlki aprel ayı ilə müqayisədə 5,6 % çox olmaqla 95 avtomatlaşdırılmış pensiya təyinatı aparılıb.

Bununla yanaşı, ötən ay vətəndaşlar əlilliyin qiymətləndirilməsinin nəticəsi və ünvanlı dövlət sosial yardımının alınması üçün etdikləri müraciətlərə baxılmasının cari vəziyyəti barədə 142 -“Çağrı mərkəzi” vasitəsilə məlumat əldə etmək imkanlarından da yararlanıblar. Qeyd edək ki, əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi aparılan vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsindən sonra 1 düyməsini yığmaqla həmin qiymətləndirmənin nəticəsi barədə məlumat əldə edir. Həmçinin vətəndaş “Çağrı mərkəzi”nə zəng etdikdən sonra 0 düyməsini və 2 düyməsini yığmaqla, şəxsiyyət vəsiqəsinin nömrəsini, sosial yardımın alınması üçün notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil etməklə, sosial yardım üçün etdiyi müraciətə baxılmasının cari vəziyyətini öyrənmək imkanına malikdir.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir