Bazar ertəsi , 6 Dekabr 2021
Home » Dünya » Prezident Administrasiyasının strukturu dəyişdi -Yeni təyinatlar

Prezident Administrasiyasının strukturu dəyişdi -Yeni təyinatlar

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Novator.az xəbər verir ki, administrasiyanın yeni strukturunun tərkibi President.az saytında dərc olunub.

Hazırkı struktur belədir:

Prezident Administrasiyasının rəhbəri: Ramiz Mehdiyev

Prezidentin köməkçisi: Cəmilə Abbasova

Birinci vitse-prezidentin Katibliyinin rəisi: Altay Həsənov

Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri: Azər Əmiraslanov

Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi-şöbə müdiri: Zeynal Nağdəliyev

Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi: şöbə müdiri Fuad Ələsgərov

Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri: Novruz Məmmədov

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Həsənov

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Əsədov

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri: Natiq Əmirov

Prezident Katibliyinin rəisi-prezidentin köməkçisi: Dilarə Seyidzadə

Prezidentin mətbuat katibi: Azər Qasımov

Prezidentin protokol xidmətinin rəisi: Elçin Bağırov

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri: Tələt Məcidov

Dövlət nəzarəti şöbəsinin müdiri: Eldar Nuriyev

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri: Yusuf Məmmədəliyev

Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri: Şahin Əliyev

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri: Süleyman İsmayılov

Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri: Səadət Yusifova.

Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri; humanitar siyasət məsələləri şöbəsinin müdiri postlarının qarşısındakı qrafa boş saxlanıb.

Check Also

Helikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcək

“Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək”. …