Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Şolts: “Ukraynaya tankların göndərilməsi təhlükəlidir”

Almaniya Ukraynaya tanklar göndərmək istəmir, çünki bu, münaqişənin inkişafında təhlükəli addım ola bilər.

Boyukmillet.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “The New York Times” qəzetinə müsahibəsində deyib.

“Biz Ukraynanı dəstəkləyirik. Lakin bu dəstəyi eskalasiyaya, NATO ilə Rusiya arasında müharibəyə gətirib çıxarmayacaq şəkildə edirik, çünki bu, fəlakət olardı”, – Şolts bildirib.

Qeyd edək ki, son həftələrdə Almaniya Ukrayna və bir sıra NATO ölkələrinin nümayəndələri tərəfindən Kiyevə hücum əməliyyatları üçün lazım olan tankları və piyada döyüş maşınlarını göndərmədiyinə görə sərt şəkildə tənqid olunub.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …