Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

SON DƏQİQƏ! Azərbaycanda 4 yüksək vəzifəli şəxs İSTEFA VERDİ

Azərbaycan Respublikası Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.

Boyukmillet.com-un əldə etdiyi məlumata görə, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

İşdən ayrılanlardan biri – Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışıb. A. Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …