Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

SON DƏQİQƏ! Bakıda bu məktəbdə müəllimlər dərsə girmədilər – Kütləvi narazılıq

Bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər.

Boyukmillet.com -un Manset.az-a istinadla məlumatına görə, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor kimi təyin olunmasıdır.

Məktəbin müəllimləri tərəfindən bildirilir ki, son 5 il ərzində direktor vəzifəsini icra edən (direktor əvəzi) Vüsalə xanımın rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını bildiriblər. Nəticədə onlar tədris prosesinə qatılmayıblar və dərslər bu səbəbdən boş keçib.

Check Also

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər …