Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ərdoğan islam dünyasını Kipr türklərinə daha çox dəstək olmağa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan islam dünyasını Şimali Kipr xalqına daha çox dəstək olmağa çağırıb.

Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin 41-ci Nazirlər Toplantısında danışıb.

Onun sözlərinə görə, Kipr türkləri heç vaxt təzyiqlərə boyun əyməyib: “Kipr türkləri islam dünyasının ayrılmaz bir hissəsidir. Onlar ləyaqətlə yaşamaq mübarizəsindən vaz keçmədilər”.

Türkiyə lideri toplantı iştirakçılarına çağırış edib: “Sizdən Kipr türklərinin haqq və ədalət mübarizəsinə daha çox dəstək göstərməyinizi xahiş edirəm”.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …