Bazar , 29 Noyabr 2026
Drone Cameras

Son sutkada Ukrayna Rusiyanın 12 hava hədəfini məhv edib, general-leytenantını öldürüb

Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin qoşunlarına zərbə endirib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.

Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib:

“Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir neçə texnika karvanını məhv edib. Düşmənin itkiləri dəqiqləşdirilir”.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komandanı general-leytenant Andrey Mordviç martın 18-də öldürülüb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …