Cümə axşamı , 15 May 2025
Drone Cameras

Süleyman Soylu: “Kimsə Türkiyənin böyüməsinə və inkişafına mane ola bilməyəcək”

“Kimsə Türkiyənin böyüməsinə, inkişafına mane ola bilməyəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu polisin yaranmasının 178-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O vurğulayıb ki, Türkiyə polisi terror və narkotiklə mübarizədən tutmuş sərhəd qaçaqmalçılığına və soyğunçuluğa qədər öz işinin öhdəsindən layiqincə gəlir.

S.Soylu fevralın 6-da baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Türkiyə polisinin fəaliyyətini yüksək qiymətləndirib.

Nazirin sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyi öz təcrübəsini həmçinin başqa ölkələrlə də bölüşür: “15 iyul çevriliş cəhdini həyata keçirənlər istəklərinə çatmadılar. Əlbəttə, polis təşkilatımızın da bu işdə xüsusi rolu oldu. İndi Türkiyə həmin vaxtdakından daha güclüdür”.

S.Soylu terrorla mübarizənin sonadək davam edəcəyini bildirib.

Check Also

Ermənistanda pul müqabilində hərbi xidmətin qısaldılması təklif olunur

2020-2024-cü illər ərzində 9 minə yaxın Ermənistan vətəndaşı 18 yaşı tamam olmadan hərbi xidmətdən yayınmaq …