Çərşənbə , 7 May 2025
Drone Cameras

Sumqayıtda əməliyyat: 14 kiloqram narkotikin dövriyyəyə buraxılmasının qarşısı alınıb

Sumqayıtda 14 kiloqram heroin və marixuananın dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət əməlinə görə məhkum edilmiş 44 yaşlı Renad Sultanov saxlanılıb. Ondan 14 kiloqrama yaxın narkotik vasitələr olan marixuana və heroin, həmçinin 79 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Bu şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyənləşdirilmiş xüsusi kamufulyaj edilmiş yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Check Also

Daha bir QHT sədri barəsində cinayət işi açıldığı, axtarış elan olunduğu bildirilir

Dediyinə görə, Baş Prokurorluqdan göndərilən məktubda o, 87 min dollar vəsaiti mənimsəməkdə ittiham olunur “Şəffaf …