Çərşənbə , 25 Mart 2026
Drone Cameras

Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 5-i yaralanıb – YENİLƏNİB

Suriyanın Əl- Bab bölgəsinin terrorçulardan təmizlənməsi əməliyyatı zamanı yaralanan Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub. 

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-ləri məlumat yayıb.

Bundan başqa, ilkin məlumatda yaralıların sayı 7 göstərilmişdi. Sonradan yaralıların sayının 5 olduğu dəqiqləşib. 

*** 10:04

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində keçirdiyi anti-terror əməliyyatı zamanı 7 hərbçi yaralanıb.

“Report” “Haber7″yə istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Kilis rayonundakı dövlət xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatları həyata keçirir.  

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir