Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

“Bu gün Bakı konfransının iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatında liderliyinin və ölkənin təşkilata verdiyi töhfənin şahidi olublar”.

Boyukmillet.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının kuluarında Suriya Parlamentinin üzvü Məhəmməd Baxit deyib.

“Bugünkü tədbir çox əlamətdardır, çünki bu konfransın dünyanın çoxlu sayda ölkəsinə aidiyyəti var. Qoşulmama Hərəkatı dünyada sülhün təmin olunmasına töhfə verir. Bu gün sülhün vacibliyini yenidən düşündük və onun qorunub saxlanılması istiqamətində daha bir addım atdıq”, – o bildirib.

O, Azərbaycanın Qoşulmama Hərəkatında mühüm rol oynadığını vurğulayıb: “Bu gün Azərbaycanın Qoşulmama Hərəkatına töhfəsini və onun təşkilatdakı liderliyini gördük. Azərbaycan dünya ölkələri üçün yaxşı işlər görə bilər. Bu konfransın təşkilinə və İlham Əliyevin Qoşulmama Hərəkatında liderliyinə görə təşəkkür edirəm”.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …