Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Sürücü təhlükəli manevrlər etdi, uşağı boğub xəsarət yetirdi

Bakı-Sumqayıt yolunda avtomobil sürücüsü təhlükəli manevrlər edib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Noyabrın 28-də qadın sürücü özünə məxsus avtomobili idarə edən zaman 99-VM-967 qeydiyyat nişanlı “Chevrolet” markalı maşının sürücüsü əvvəl manevr qaydasını pozaraq ona təhlükə yaradıb. Həmin vaxt avtomobildə qadının 7 və 14 yaşlı övladları da olub.

Təhlükəni görən qadın əyləci basmaq məcburiyyətində qalıb. Avtomobildə olan övladları isə qorxub. Daha sonra “Chevrolet” markalı avtomobilin sürücüsü yol boyu ziqzaqvari hərəkətlər edərək, daha bir neçə maşına təhlükə yaradıb və yolun kənarında dayanıb. Həmin qadın sürücünün etdiyi hərəkətlərə görə ona irad bildirib. Lakin sürücü qadını təhqir etməyə başlayıb. Bu zaman qadının 14 yaşlı övladı avtomobildən düşüb.

Bildirilir ki, “Chevrolet” markalı avtomobilin sürücüsü ananın gözü qarşısında 14 yaşlı oğlanı boğmağa başlayıb. Avtomobildə olan digər 7 yaşlı uşaq qorxudan qışqırıb. Oradan keçən vətəndaşlar köməyə gəlib.

Artıq hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edilib.

DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, daxil olan müraciət üzrə araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Check Also

İrandan Ermənistana silah daşınır: 6 gündə 5 reys… 

İranın Teleqram kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb. Rəsmi İrəvan bu xəbərləri nə …