Şuşa bəyannaməsi eyni zamanda,bir əsirlik işğaldan azad olan Qarabağın təhlükəsizdiyinin zəmanətidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanist siyasətinin nəticəsi olaraq,qısa bir müddətdə Azərbaycan bütün sahələrdə inkişaf edərək böyük uğurlara imza atdı.1920-ci ildən bu yana,ümumilikdə bir əsir işğalda olan torpaqlarımızı işğaldan azad edərək yeni tarix yazdı.
Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında,2021-ci ilin iyunun 15-də Şuşada imzalanan bəyannamə iki dövlət arasında tarixi münasibətlərin yeni mərhələsinin təməlini qoydu.Şuşa bəyannaməsi eyni zamanda regionda sülhün,rifahın və iqtisadi inkişafın əsasını təmin edəcəkdir.Azərbaycan Türkiyə bərabərliyi keçmiş tarixə söykənən,qan bağı qardaşlığından irəli gəlir.
Hər iki dövlətin qurucusu,qardaşlıqlı münasibətlərinə sadiq qalaraq hər zaman biri birinin yanında olmuşlar.Mustafa Kamal Atatürk dəyərli kəlamlarının birində söyləmişdir,Azərbaycanın sevinci sevincimiz,kədəri kədərimizdir.Uluöndər Heydər Əliyev demişdir,bir millət iki dövlət Azərbaycan Türkiyə.Təsadüfü deyilki 2006-cı ildə,Heydər Əliyev Bakı Ceyhan neft boru kəməri xəttdini qardaş ölkə Türkiyənin ərazisindən keçirərək,Türkiyə dövlətinin iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur.
Eyni zamanda 44 günlük 2-ci Qarabağ müharibəsində,Türkiyə bütün imkanlarıyla sonadək Azərbaycanın yanında oldu.Qarabağ zəfərində Türkiyə istehsalı olan Bayrakdar TB2 pilotsuz uçuş aparatlarının müstəsna rolu var.Elektronika sahəsində elmi inkişafda olan Türkiyə,ilkdəfə olaraq “Texnofest Azərbaycan”festivalını bizim ölkədə təşkil etdi.Hərçəndki bu sahə üzürə Türkiyə bütün dünyaya qapılarını bağlamış,tək qardaş ölkə Azərbaycan istisna olmaqla qapılarını bizim üzümüzə açmışdır. Şuşa bəyannaməsi müttəfiqliyin geostrateji əhəmyətini artıraraq,ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə davamlı inkişafını təmin edəcəkdir.
Şuşa şəhərində Türkiyənin Baş Konsulluğunun açılması qərarı,dahada möhkəmləşməkdə olan əlaqələrimizin carçısıdır.Bəyannamə əsasında Azərbaycan və Türkiyə münasibətlərinin müttəfiqlik zirvəsinə ucalaraq,bütün sahələrdə davamlı inkişafını təmin edəcəkdir.
Müttəfiqlik əlaqələri beynəlxalq müstəvidə birgə əməkdaşlıq,siyasət,iqtisadiyyat,enerji təhlükəsizdiyi,nəqilyat,mədəniyyət,təhsil,ordu quruculuğu,və digər sahələri özündə əks etdirir.Eyni zamanda Zəngəzur dəhlizi,böyük iqtisadi və geosiyasi əhəmiyyətə malikdir.Azərbaycanla Türkiyə arasında dəmiryol və aftomobil yolunu birləşdirəcək,Zəngəzur dəhlizi reallığa çeviriləcəkdir.
Bu layihənin həyata keçməsi,ərazidəki qonşu dövlətlərində inkişafına böyük qatqı sağlayacaqdır.Azərbaycan bunula yanaşı dünyaya,multikulturalizmi həqiqətdə özündə əks etdirən dövlət olaraq,qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyasına əlavə imkanlar yaratmışdır.Türkiyə dövlətinin Qarabağda sülhməramlıları kimi xidmət aparması,yenidən qurma işlərində yaxından iştirak etməsi,əraziyə investisiyaların cəlb olunması,turizimin inkişafı,məs elə Şuşa bəyannaməsinin bəhrəsidir.Bununlada Azərbaycan və Türkiyə qardaşlığı dünyaya bir mesaj olaraq,əbədi və eyni zəngin tarixə malik olmalarını sübut etdi.
Həsən Əliyev
ISBAM Departament rəhbəri