Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Şuşa, Kəlbəcər və Laçında qarlı hava şəraiti davam edəcək

Bu gün, yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev “Report”a bildirib ki, hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 m/s-dir.

Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.

Check Also

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …