Hazırda Şuşada 25 min kubmetrlik sutoplayıcı bənd mövcuddur, gələcək layihələr çərçivəsində isə 70 min kubmetrlik su anbarının yaradılması nəzərdə tutulub.
Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin işğaldan azad olunmuş ərazilərindəki xidmət rəisi Oqtay Həziyev bildirib.
“Şuşada yeni su mənbələri axtarılır. Hazırda şəhərə iki istiqamətdən gələn Zarıslı mənbəyi və Nəblər xətti mövcuddur. Bunlar da Kiçik Kirs dağının ətəyindən gəlir. Yayda suyun həcmi artıq olduğu zaman bəndlərə ehtiyac qalmır. Müəyyən qəzalarda və digər hallarda mövcud olan Zarıslı və Nəblər mənbələri vasitəsi ilə Şuşa şəhəri içməli su ilə təmin olunacaq. Hazırsa Şuşada bərpa-quruculuq işləri getdiyi və gələcəkdə buraya vətəndaşların köçürüləcəyi üçün yeni su mənbələrinə ehtiyac var idi”, – deyə o qeyd edib.