Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

TƏBİB-in Müşahidə Şurasının sədri məlum olub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının sədri məlum olub.

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla), səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır.

Qeyd edək ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevdir.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …