Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxs məlum olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

V.Qurbanov hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Check Also

İcra hakimiyyətində KÜTLƏVİ İXTİSAR

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.Boyukmillet.com xəbər …