Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Tənzilə Rüstəmxanlı: “Özünə hörmət edən nazir insanlardan üzr istəyib, istefa verməli idi…”

Tənzilə Rüstəmxanlı: “Dəhlizlərində rusca danışılan nazirlikdən bundan artıq nə gözləmək olardı?”

“Xəritənin dərsliklərə salınmasının təxribat olduğunu dəqiq demək mümkün deyil, amma ortada çox ciddi xəta var”.

Bunu “Sherg.az”a Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. 

O bildirib ki, bu hadisə Ermənistanın nail olmaq istədiyi, ermənilərin uydurmalarla bütün dünyanı inandırma siyasətinə dəstək durmaqdır:

“Biz mübarizə aparırıq ki, ermənilər saxtakardır, tariximizi təhrif edir, torpaqlarımızı işğal edir, Qarabağ ermənilərin torpağı deyil, indiki Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqlarıdır. Belə məqamda Təhsil Nazirliyində qalmaqallı xəritə dərsliyə salınır. Kitabın müəllifi isə bəsit şəkildə əsaslandırır ki, xəritəni vikipediadan götürüb. Bu azmış kimi üzr də istəyirlər. Xətanın üzürü günahından betərdi, üzrlə həll ediləsi məsələ deyil. Bu, çox ciddi problemdir. Qonşu ölkələrin mətbuatı nə yazacaq, sonrakı işdir. Yazılacaq ittihamları, faktları onların əlinə biz vermişik, Təhsil Nazirliyi, onun işçiləri, müəlliflər günahkardır. İllərdir deyirik, bir milləti məhv etməyin yolu onun təhsilini pis vəziyyətə qoymaqdır. Aydın görünür ki, təhsilimiz çox pis vəziyyətdədir. Yüzlərlə verilişlərdə, televiziyada, mətbuatda dəfələrlə demişik. Uzun müddət davam edən təhsilin korlanması sanki final nöqtəsinə çatıb.

Dərslikdəki qalmaqala görə məktəblər tarix dərsliksiz qalıb. Bunun məsuliyyətini daşıyır? Tarix dərsliyi çap olunanda ekspertlər harada idilər?”

T.Rüstəmxanlı əlavə edib ki, ən böyük düşmənimiz belə Azərbaycan xalqına qarşı bu cür addım atmazdı:

“Amma burada ciddi düşmən əli var. Bu düşmən də Azərbaycan xaqlının milli təfəkkürünü daşımır. Dəhlizlərində rusca danışılan nazirlikdən bundan artıq nə gözləmək olardı?

Məsələdə kimin günahlandırılmasından, hansı dövlətin təxribatı olmasından asılı olmayaraq, nəticə dəyişmir. Fakt budur ki, problem həll olunmayıb.

Bu cür ciddi məsələdə özünə hörmət edən nazir insanlardan üzr istəyib, istefa verməli idi. Lakin hazırkı vəziyyət cəzasızlıqdır”.

Qeyd edək ki, ötən həftə ölkə gündəmini zəbt edən “Azərbaycan tarixi” dərsliyindəki səhv Türkiyə mediasında da işıqlandırılıb. Bu barədə yazan “Sözcü” qəzeti qalmaqallı iddia irəli sürüb. Nəşr sözügedən məsələnin arxasında Rusiyanın dayandığını yazır.

Boyukmillet.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir